Azərbaycanda yaxın iki gündə yağmursuz hava proqnozlaşdırılır

Azərbaycanda yaxın iki gündə yağmursuz hava proqnozlaşdırılır Sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, havanın temperaturunun gecə 18-21, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması və havada rütubətliyin nisbətən çoxluğu bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Şərhlər
Sosial bölməsinin xəbərləri