Azərbaycan yanacaq kimi metanoldan istifadəni genişləndirməyi planlaşdırır

Azərbaycan yanacaq kimi metanoldan istifadəni genişləndirməyi planlaşdırır Dünya praktikasında metanolu benzinə əlavə etməklə yanacağın ekologiyaya ziyanlı təsiri azaldılır.


Avtomobillər metanola keçirilərsə, atmosferə tullantılar 50% azala bilər. Avropada bu məqsədlə metanoldan metil spirti (DME) alınır və bu, dizel yanacağını tam əvəz edən məhsuldur və ziyansızdır. Avropanın İsveç, Norveç kimi iri aparıcı dövlətləri dizel yanacağı əvəzində metildən istifadə edir. Azərbaycanda da atmosferə tullantıların həcmini nəzərə alsaq, nəqliyyat vasitələrinin bu yanacaq növündən istifadə etməsi problemin həllini asanlaşdıra bilər. Bunu APA-ya açıqlamasında Azərbaycan Metanol Şirkəti (AzMeCo) Direktorlar Şurasının sədri Nizami Piriyev deyib.


Onun sözlərinə görə, yaxın 5-8 ildə Azərbaycanda da bu yanacaq növündən istifadə olunacaq: «Hazırda bizim zavoda olan bütün maşınlar 115%-lik metanolla çalışır. Avropa standartlarına görə isə benzinə 3% metanol vurulur. ABŞ və Çində isə tərkibində metanol olan «M 15», «M 30», «M 85» yanacaq növləri var. Bu, benzinin ekologiyaya vurduğu ziyanı yarıya qədər azaldır».
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri