Azərbaycan Prezidenti və xanımı Bakının 158 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər

Azərbaycan Prezidenti və xanımı Bakının 158 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər Sentyabrın 16-da - Bilik günündə Bakının Yasamal rayonundakı 158 nömrəli tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. Dövlətimizin başçısı məktəbin təmirdən əvvəlki görüntülərini əks etdirən stendə baxdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, 158 nömrəli tam orta məktəb 1961-ci ildə inşa olunmuşdur. 1850 şagird yerlik məktəb üç tədris korpusundan və bir yardımçı binadan ibarətdir. Əsaslı təmir və yenidənqurma işləri bu ilin mayında başlanmış və qısa müddətdə məktəbin bütün sinif otaqları, fənn kabinetləri, yeməkxanası, kitabxanası, akt və idman zalları təmir edilmiş, yüksək standartlara uyğun şərait yaradılmışdır. Bu təhsil müəssisəsinin işıqlandırma və istilik sistemi də yenidən qurulmuşdur. Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.

Yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüşdü, yeni dərs ili münasibətilə onları təbrik etdi.

Məktəbin direktoru Zemfira Səmədova ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdi.

Sonda xatirə şəkli çəkdirildi.
Şərhlər
Siyasət bölməsinin xəbərləri