Saxlanmış tələbələr Bostonda terror aktı haqqında iş üzrə dəlilləri məhv etməyə çalışdığını etiraf ediblər

Bostonda beynəlxalq marafon vaxtı terror aktı haqqında iş üzrə ABŞ-da saxlanmış üç tələbə dəlilləri məhv etməyə çalışmaqlarını etiraf ediblər. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

FTB-nın məlumatına görə, saxlanılanlar - Qazaxıstan vətəndaşları Azamat Tajayakov və Dias Kadırbaev, həmçinin ABŞ vətəndaşı Robel Fillipos yoldaşları olan, terror aktının keçirilməsində şübhəlı bilinən Coxar Tsarnayevin otağında dəlilləri məhv etməyə çalışıblar.

"Üç nəfərin hamısı etiraf ediblər ki, 2013-cü il aprelin 18-də axşam Tsarnayevin otağından çantanı çıxarıb, həmçinin Tajayakov və Kadırbaev onu da etiraf ediblər ki, Coxarın marafon vaxtı partlayışları törədən şəxslərdən biri olması barədə xəbəri eşidərək onlar çantanı məhv etmək niyyətində olublar", - sənəddə deyilir.
ABŞ xüsusi xidmət orqanlarının nümayəndələri zibilliyinə atılmış dəlilləri sonra tapıblar.

Rəsmi ittiham, gözlənildiyi kimi, çərşənbə günü Boston məhkəməsində saxlananlara təqdim ediləcək.
Şərhlər
Dünya bölməsinin xəbərləri