“Serebro” qrupunun Bakı konsertinin vaxtı dəyişdi

“Serebro” qrupunun Bakı konsertinin vaxtı dəyişdi Bu gün Rusiyanın məşhur “Serebro” qrupu Bakıda konsert verməyi planlaşdırırdı.

Live.az-ın məlumatına görə, günorta saatlarında paytaxda gələcəkləri dəqiqləşən qrup axşam Jumeriah otelində Bakı sakinlərinin qarşısına çıxmalı idi. Lakin konsertin vaxtı dəyişdi. Gecənin təşkilatçısı Əli Hüseynovun verdiyi məlumata görə, “Serebro”nun konserti 20 oktyabr tarixinə keçirildi.

“Məkanla bağlı dəyişiklik oldu. Məlum olduğu kimi konsert Xəzər dənizinin mərkəzində keçirilməli idi. Hava ilə əlaqədər konserti bağlı məkana keçirməli olduq. Jumeriah otelin bağlı zalında konsert daha da maraqlı olacaq”.

Xatırladaq ki, sözügedən konsertdə gənc müğənni Ülvi Rəşidov və DJ Çina da iştirak edəcək.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri