Türkiyə mətbuatı: Telman İsmaylov Ajda Pekkanı səhnədən qovdu

Türkiyə mətbuatı: Telman İsmaylov Ajda Pekkanı səhnədən qovdu Azərbaycanlı iş adamı Telman İsmaylov özünə aid "Maradan Palace" otelində həyat yoldaşı üçün ad günü keçirib.


Dünya ulduzlarına yüksək məbləğdə pullar ödəyərək, heç bir şeyi əksik etməyən İsmaylov Türkiyənin Süperstar-ı sayılan Ajda Pekkanı səhnədən endirib.


Milyarder həyat yoldaşı Samirə xanımın ad günü naminə şəxsi otelində, 60 ən yaxın insanın qatıldıqı bir gecə təşkil edib. Hər bir şeyin lüks olduğu partidə çıxış etməsi üçün səhnəyə Ajda Pekkan dəvət edilib. Səhnəyə çıxaraq sevilən mahnılarını ifa edən superstar, mahnıları ilə qonaqları şənləndirib, lakin 10-cu mahnıda səsinin birdən kəsilməsindən şoka düşüb.


Gecədə səhnəyə çıxması üçün sənətçiyə 300 min lira (140 min manat) ödəyən Telman İsmaylov müğənninin performansını bəyənməyib. Əsəbiləşərək masasından qalxıb: “Budur mu sizin superstar, budur Ajda Pekkan? düşürdün səhnədən bu qadını.” deyib. Dəvətlilərin iş adamına təəcüblü baxışına belə fikir verməyən İsmaylovun hirsi soyumaq bilməyib.


Nələr baş verdiyini başa düşməyən Ajda Pekkanı meneceri yaxınlaşaraq səhnədən düşürüb. Tələsik otağına yollanan məşhur müğənni, əşyalarını yığaraq oteli tərk edib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri