BMT ekspertləri Suriyada kimyəvi silahın tətbiq olunduğunu təsdiqləyiblər
- 17.09.2013, 00:51,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Suriyada kimyəvi silahın tətbiqini araşdıran BMT ekspertləri bu barədə sübutları inandırıcı sayıblar. APA-nın xəbərinə görə, bu barədə “Assicoated Press” agentliyi məlumat yayıb.
Xatırladaq ki, BMT-nin Suriyada kimyəvi silahın tətbiq olunmasını araşdıran müfəttişləri öz missiyalarını tamamlayaraq baş katib Pan Giu Muna hesabat təqdim ediblər. P. G. Mun bu barədə qapalı toplantıda Təhlükəsizlik Şurasının üzvlərinə məlumat verəcək. Bundan sonra hesabatın mətni BMT-nin tərksilah məsələləri üzrə idarəsinin saytında açıqlanacaq.
BMT missiyası avqustun 18-dən 31-nə qədər Suriyada təhqiqat aparıb. Toplanan məlumatlar və kimyəvi silahın tətbiq olunduğu ərazilərdən götürülən nümunələrin analizləri əsasında hesabat hazırlanıb. Missiyanın vəzifəsi kimyəvi silahdan istifadə olunub-olunmadığını müəyyənləşdirməkdir. Kimyəvi silahın kim tərəfindən tətbiq olunduğunu söyləmək onların mandatına daxil deyil.