Rövnəq Abdullayev: “Biz heç kəsin evini sökmürük”
- 17.09.2013, 00:52,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ərazilərində olan heç kimin tam tikilmiş sənədsiz evləri sökülmür. Biz yarımçıq tikilmiş və ya bu gün tikintiyə başlamaq istəyən insanlara ev tikməyə icazə vermirik”.
APA-nın məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, ARDNŞ tərəfindən bir dənə də olsun tam tikilmiş və istifadəyə yararlı evlər sökülməyib: “Biz yeni tikmək istəyən vətəndaşlara bu ərazilərdə tikinti aparmağa icazə vermirik. Mən bir daha belə insanlara üzümü tuturam və bildirirəm ki, bu fikirlərindən çəkinsinlər. Gedin baxın, kiminsə tikilmiş evi sökülürmü? Kimlərsə bundan istifadə edir və ara qırışdırır”.
R.Abdullayev bildirib ki, artıq belə evlərin sənədləşməsi prosesi gedir və yaxın zamanlarda hökumətin bununla bağlı qərarı olacaq.