Musa Pənahov: İctimai nəqliyyatda vahid ödəniş kartı Bakı Metropoliteninin sisteminə inteqrasiya edilir

Musa Pənahov: İctimai nəqliyyatda vahid ödəniş kartı Bakı Metropoliteninin sisteminə inteqrasiya edilir Nəqliyyat Nazirliyi Bakı Metropoliteni ilə birgə metroda ödəniş kartlarının ictimai nəqliyyatda vahid ödəniş kartı sisteminə inteqrasiya olunması ilə bağlı birgə işlər aparır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında nəqiliyyat nazirinin müavini Musa Pənahov bildirib.

"Biz ictimai nəqliyyatda vahid ödəniş kartı sisteminə inteqrasiya olunması ilə bağlı işlər görürük. Nizama salınmalı olan müəyyən nüanslar var, lakin işlər davam edir. Onun bank kartı olduğunu nəzərə alsaq, onu saxtalaşdırmaq və itirilmək mümkün olmayacaq. Buna görə də ən yaxın perspektivdə bu kartlarla yeraltı və yerüstü dayanacaqlardan istifadə haqqını ödəmək mümkün olacaq", - nazir müavini bildirib.

Pənahov gələcəkdə bu kartlardan alış-veriş zamanı istifadə olunmasının mümkünlüyünü də istisna etməyib.

Onun sözlərinə görə, bu ilin sonuna kimi Bakıda avtobuslarda gediş haqqı yalnız elektron kartlar vasitəsilə ödəniləcək.

"Biz may ayından etibarən avtobuslarda avadanlıqların quraşdırılması işlərinə başlamışıq və sürücülər üçün təlimlər keçirəcəyik", -Pənahov bildirib.

Kartlara balans yüklənməsi şəhərin müxtəlif rayonlarında yerləşən banklar, kiosklar və mobil terminallar vasitəsilə mümkün olacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri