Qubada minik avtomobili su hovuzuna düşüb, iki nəfər ölüb

Quba rayonu, Mirzə Məmməd kəndində "Audi" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı su hovuzuna düşüb.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü 1983-cü il təvəllüdlü Səmədov Rasim Səməd oğlu və sərnişin 1977-ci il təvəllüdlü Səmədov Cəsərət Səməd oğlu aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər R.Səmədovun və C.Səmədovun meyitlərini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 05:08-də başa çatıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri