Son günlər Suriyada hökumət qüvvələri ilə döyüşlərdə 6 Azərbaycan vətəndaşı öldürülüb
- 17.09.2013, 13:01,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Suriyada son günlər hökumət qüvvələri ilə gedən döyüşlərdə xarici ölkələrdən olan 30-dan artıq mücahid həlak olub.
APA-nın məlumatına görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.
Həlak olanlar "Nüsra Cəbhəsi"nin sıralarında döyüşənlərdir. Onların arasında 6 Azərbaycan, 4 Türkiyə, 5 İordaniya, 9 Səudiyyə Ərəbistanı, habelə Əfqanıstan və Pakistan vətəndaşları var.
Sentyabrın 13-də Suriyanın Hama şəhərində gedən döyüşlərdə “Mühacir və Ənsar” qrupunun tərkibindəki azərbaycanlılardan ibarət dəstəyə başçılıq edən “Əbu Yəhya” ləqəbli Azərbaycan vətəndaşı öldürülüb. Həmin döyüşdə daha 4 azərbaycanlı mücahidin də öldüyü bildirilir.
Qeyd edək ki, bu ilin avqust ayının əvvəllərinə olan məlumata görə, Suriyada müxtəlif qrupların tərkibində Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərdə 60-dan artıq azərbaycanlı iştirak edib.