Tolikdən Röyaya şok cavab

Tolikdən Röyaya şok cavab Prodüser Tolik, müğənni Röya Ayxanın dünən saytlardan birinə verdiyi müsahibəyə sərt cavab verib. ANS-in məlumatına görə, sənətçinin prodüser məktəbi açmaq istəyi barəsində dediyi fikirlərə “İnstagram” səhifəsində münasibət bildirib:

“Sonra deyirlər ki, Tolik qalmaqal eləyir, öldüm gülməkdən. Hələ bir gör Hüseyn Abdullayev sənə heç salam verir ki, bir mahnısını da oxuyasan. Yaxşı ki, bu 25 ildir oxumur, belə öyrədənsən bir özün də öyrən gör neçə not var? Prodüserlik mərkəzi açır. Bir özünə ofis tut, yoxsa özün kimi Meridianda kurslar açarsan. 80 nəfər gəlibsə, it kimi ulayaram”.

Görünür ki Tolik bərk əsəbləşib, prodüser sosial şəbəkə izləyicilərinin “Bu kimin müsahibəsidir?” sualına “Mən onun adını yalnız o öləndə yazacam ki, Allah rəhmət eləsin”, - deyə cavab verib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri