Didye Droqba: “Qalatasaray”la Çempionlar liqasının 1/8 finalında oynamaq istəyirəm”
- 17.09.2013, 13:17,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Qalatasaray”la Çempionlar liqasının 1/8 finalında oynamaq istəyirəm”. Bu sözləri UEFA-nın saytına açıqlamasında İstanbul klubunun hücumçusu Didye Droqba bildirib. Didye Qroqba “Qalatasaray”ın “Real” və “Yuventus”la eyni qrupda mübarizə aparmasına baxmayaraq, növbəti mərhələyə addımlayacağına inandığını deyib.
Bu gün İstanbulda oynanılacaq “Qalatasaray” - “Real” oyunu ilə bağlı fikirlərini bildirən Didye Droqba ötən il olduğu kimi bu dəfə də doğma meydanda “Kral Klubu”nu məğlub edəcəklərini söyləyib: “Qalatasaray”ın ötən ilki nəticəsinə təkrar ümid edirik”.
Forvard “Real”və “Yuventus”un büdcəsinin “Qalatsaray”la müqayisədə çox olmasına baxmayaraq, hər şeyin meydanda həll olunduğunu deyib. Xatırladaq ki, İstanbulda “Real Madrid”i iki dəfə sınağa çəkən “Qalatasaray” meydandan qalib ayrılıb. "Qalatasaray" - "Real" qarşılaşması Bakı vatı ilə 23:45-də başlayacaq.