Bakıda cinsi azlıq xüsusi amansızlıqda qətlə yetirilib
- 17.09.2013, 14:06,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda qətl törədilib.
Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.
Hadisə ötən gecə Sumqayıt yolunun 8-ci kilometrliyində, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. Yol kənarında üzərində qətlə yetirilməyə xarakterik əlamətləri olan naməlum kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə çıxaraq araşdırmalara başlayıblar.
Aparılan araşdırmalar zamanı qətlə yetirilən şəxsin Bakı şəhər sakini, 53 yaşlı Mətləb Əbdürrəhman oğlu Nəmiyev olduğu məlum olub. Meyitin ilkin müayinəsi zamanı onun döyülərək və bıçaqlanaraq öldürülməsi müəyyən edilib. Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən M.Nəmiyev cinsi azlıqların nümayəndəsi olub.
Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirlərini davam etdirir. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.