Ajda Pekkan "Mardan palace"dan qovulması xəbərini təkzib etdi

Ajda Pekkan "Mardan palace"dan qovulması xəbərini təkzib etdi Azərbaycan əsilli yəhudi milyarder Telman İsmayılovun (“AST Telamn”) xanımının ad günündə oxumadığını bəyənmədiyi üçün məşhur müğənni Ajda Pekkanı səhnədən qovduğu haqda xəbərlər Türkiyəni qarışdırıb.


Xəbər Türkiyə mediasında geniş rezonans doğurub. Bu mövzuya yer ayıran “Star” qəzeti yazıb: “Telman İsmayılova bizim pop-divamız Ajda Pekkanı təhqir etmək haqqını kim verib? Onun hərəkəti qəzəb doğurur”.


“Sabah” qəzeti isə yazır ki, Telman İsmayılov xarici ulduzlara astronomik məbləğlər ödəyir: “Amma o, Ajda Pekkana münasibətdə isə özünü tərbiyəsiz və mədəniyyətsiz adam kimi aparır”.


“Focushaber” saytı yazır ki, əslində Ajda Pekkan səhnədə gözəl çıxış edib və T.İsmayılovun qəzəblənməsinin səbəbi məlum deyil.


“Aydınlıq” qəzeti T.İsmayılovu “özündənrazı” adlandırır və yazır ki, maddi vəziyyətindən asılı olmayaraq heç kimin belə hərəkət etməsi yolverilməzdir.


Mediada qalmaqalın böyüməsi Ajda Pekkanı da məsələyə münasibət bildirməyə məcbur edib. O, Telman İsmayılov tərəfindən səhnədən qovulduğu haqda xəbərlərin doğru olmadığını bildirib.


Ajda Haberturk-ə intervyusunda bunları deyib: “Mən ad günü mərasiminə konsertlə çıxış etmək üçün getmədim. Sadəcə 3-4 şarkı oxudum. Telman bəyin orkestrin səsini kəsib məni səhnədən endirdiyi haqda xəbərlər doğru deyil. Məni hava limanına aparan da “Mardan Palace”in genel müdiri oldu”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri