Azərbaycanda şirkətin əmlakının talanmasına görə cinayət işi başlanıb
- 17.09.2013, 18:36,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Falkon Grup” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) yol verilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Falkon Grup” MMC-də ticarət agenti vəzifəsində işləyən İlkin Əliyev, Ramin Xəlilov və Samir Dibirovun cəmiyyətin rəhbərliyi tərəfindən onlara etibar edilmiş ümumilikdə 26 800 manat məbləğində əmlakı talamalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.