Bakıda əldən metro kartı alıb qaçan şəxs tutulub
- 17.09.2013, 18:43,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda mərkəzi bağların birində vətəndaşlara qarşı soyğunçuluq edən şəxs tutulub.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 15-də paytaxtın İstiqlaliyyət küçəsində yerləşən Filarmoniya bağında naməlum şəxslər Bakı şəhər sakini Sahib Abbasovdan 1 manat istəyib və əlindən metro kartını alaraq qaçıblar.
Daha sonra elə həmin ünvanda Qamət Cahangirov adlı şəxsin əlindən 20 manatı alınıb. Q.Cahangirov onları təqib edərkən həmin şəxslərdən biri əli ilə onun baş nahiyəsindən vurub, soyğunçular pulu yerə ataraq qaçıblar.
Səbail Rayon Polis İdarəsi, Post Patrul Xidməti Bölməsi və 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Mehti Mehtiyev adlı Bakı şəhər sakini tutulub.
Faktla bağlı cinayət işi açılıb.