Qubada üstünə qaynar su tökülən uşaq 9 gün sonra ölüb

Qubada azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.


Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 7-də Quba rayonunun Zərdabi kənd sakini, azyaşlı Şıxvəli Qasımovun üstünə qaynar su tökülüb.


Xəsarətlə xəstəxanaya yerləşdirilən uşaq həkimlərin səyinə baxmayaraq, sentyabrın 16-da orada dünyasını dəyişib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri