Sabunçuda baş vermiş qətl hadisəsinin təfərrüatları məlum oldu

Elmir: Yaxşı qız şalvar geyinməz

21-ci əsrdə - rəqəmsal texnologiyalar zəmanəsində yaşayırıq. Dünya ictimaiyyəti elmin sürətli inkişafı, silah yarışı, iri dövlətlərin siyasi qarşıdurmaları, baş verən silahlı münaqişələri, Avropadakı iqtisadi böhranı müzakirə edir.

Bütün bu qarışıqlıqda insanlar artıq çoxdandır ki, uzun müddət geyinməyə vaxt sərf etməmək üçün rahat və praktik geyimə keçiblər. Bununla belə, Bakı ətrafında hələ də tərbiyəli qadının necə geyinməli olduğu barədə söhbətlər səngimir. Və bəzən bu söhbətlər hətta qətllə nəticələnir.

Ötən bazar günü Sabunçu qəsəbəsində qətl törədilib.

Nəsim Məlikov küçəsində, Sabunçu rayon Polis İdarəsinin keçmiş binasının həyətində 1990-cı il təvəllüdlü Natiq Hüseynov öz tanışı, 1987-ci il təvəllüdlü Elmir Quluzadəni bıçaqlayaraq öldürüb.

Bu gün isə həmin qətlin təfərrüatları məlum olub. Alınmış məlumatlara görə, qətl törədilən vaxt Elmir Quluzadə içkili vəziyyətdə imiş və qətlin törədiliyi bıçaq elə onun özünün olub.

Dindirmə zamanı Hüseynov bildirib ki, Quluzadə onunla “kişi söhbətinə” gələrkən tək olmayıb.

Söhbət zamanı Quluzadə Hüseynovun qohumu haqqında pis danışaraq, “yaxşı qız şalvar geyinməz” fikrini səsləndirib.

Əlbəttə ki, həyat haqqında ümumiyyətlə anlayışı olmayan şəxsən insanın tərbiyəli olub-olmaması barədə fikri eşitmək Hüseynovu çox təhqir edib. Axı söhbət onun yaxın qohumundan gedirmiş. Bu zəmində gənc insanlar arasında qətllə başa çatan münaqişə yaranıb.



Oxu.Az, Vesti.Az
Şərhlər
Hadisə bölməsinin xəbərləri