Ötən gün Bakıda qətl hadisəsi törədən şəxsin kimliyi məlum olub.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 28 yaşlı Elçin Allahverdiyevin 1979-cu il təvəllüdlü Mədinə Mürsəliyeva tərəfindən qətlə yetirildiyi bəlli olub və qadın saxlanılıb.
Qeyd edək ki, hadisə ötən gün Şövkət Məmmədova küçəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü, Fizuli rayonundan olan məcburi köçkün Elçin Teyyub oğlu Allahverdiyev naməlum şəxs tərəfindən bıçaqlanıb. E. Allahverdiyev ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.