Bakıdan Xırdalana qədər yollar genişləndilir

Bakıdan Xırdalana qədər yollar genişləndilir “Şamaxinka”dan Xırdalan dairəsinə qədər olan avtomobil yolu genişləndiriləcək. ANS-in məlumatına görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

O qeyd edib ki, yeni körpülərin salınması, yolların genişləndirilməsi planlaşdırılır. Layihənin məqsədi avtonəqliyyat vasitələrinin hərəkəti üçün rahat şərait yaratmaqdır.

Sözügedən layihənin reallaşdırılması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri