Azərbaycanda süd istehsalı tələbatdan iki dəfə azdır
- 18.09.2013, 14:46,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda il ərzində 1,7 mln. ton süd süd istehsal olunur. Bu isə faktiki illik tələbatdan (3,45 mln. ton) təxminən iki dəfə azdır.
Bunu APA-nın Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə hər inəkdən orta hesabla 1 307 kq süd sağılır. Lakin əhalinin südə olan tələbatını tam ödəmək üçün bu göstərici 2 500 kq-a çatdırılmalıdır.
«Hazırda bu istiqamətdə ciddi işlər aparırıq. Azərbaycanda ümumilikdə 12 südçülük kompleksi yaradılıb. Keçən il isə ölkədə 1,7 mln. ton süd istehsal olunub», - deyə Ç.Fərəcov bildirib.