Bakıda "Mercedes" Ukrayna vətəndaşını öldürdü
- 19.09.2013, 01:47,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi zamanı Ukrayna vətəndaşı ölüb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 17-də saat 21:00 radələrində Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində İlkin Bədəlov "Mercedes" markalı avtomaşını idarə edərkən yolu keçən piyada - Ukrayna vətəndaşı Valentina Zeynalovanı vurub.
Nəticədə xəsarət almış V.Zeynalova xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.