Röya İlhamə Quliyevaya brilyant üzük bağışladı (FOTO)

Röya İlhamə Quliyevaya brilyant üzük bağışladı (FOTO) Müğənni Röya Xalq artisti İlhamə Quliyevaya brilyant üzük bağışladı. ANS-in məlumatına görə, Röya Zamiqin dünən baş tutan “Mən bu şəhəri sevirəm” konsertində qonaq sənətçi kimi iştirak edib. Yaxın dostlar səhnədə məşhur “Sevişiyoruz” mahnısını ifa ediblər. Duet başa çatdıqdan sonra Röya üzünü Zamiqə tutaraq ondan bir xahiş edib:

“Burada qonaqlar arasında hamımızın sevdiyi bir xanım əyləşib. Mən İlhamə xanımın ad günündə iştirak edə bilməmişəm. Onu indi təbrik etmək istəyirəm. İlhamə xanıma gözəl bir brilyant üzük hədiyyə etmək istəyirəm. Amma bir xanımın başqa xanımın barmağına üzük taxması düzgün deyil. Ona görə də səndən xahiş edirəm ki, mənim adımdan hədiyyəmi İlhamə xanıma təqdim edəsən”.

Röyanın bu sözlərindən sonra ikisi də səhnədən aşağı düşüb İlhamə Quliyevaya yaxınlaşdılar. Zamiq brilyant və digər qiymətli qaşlarla bəzədilmiş bahalı üzüyü xalq artistinin barmağına taxdı. Hədiyyəni qəbul etdikdən sonra İlhamə Quliyeva öz təşəkkürünü bildirdi və hər iki sənətçiyə təriflər yağdırmağa başladı: “Zamiq əsl avropa sayağı ifaçıdır və onu çox bəyənirəm. Röyaya gəldikdə isə ətrafında olan hər kəs bilir ki, mən Röyanı hər zaman sevərək dinləyirəm. Gördüyü işləri də alqışlayıram”.


Röya İlhamə Quliyevaya brilyant üzük bağışladı (FOTO)
Röya İlhamə Quliyevaya brilyant üzük bağışladı (FOTO)
Röya İlhamə Quliyevaya brilyant üzük bağışladı (FOTO)
Röya İlhamə Quliyevaya brilyant üzük bağışladı (FOTO)
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri