Azərbaycan «Şahdəniz-2» layihəsi çərçivəsində qaz alıcıları ilə müqavilələr imzalayıb

Bu gün Bakıda «Şahdəniz-2» layihəsi çərçivəsində qazın alıcıları ilə müqavilələrin imzalanması mərasimi baş tutub.

APA-nın məlumata görə, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Şahdəniz» yatağından çıxarılan qazı 9 ölkənin şirkətlərinə satacaq. Şirkətin prezidenti Rövnəq Abdullayev bildirib ki, bu müqavilələr çərçivəsində Azərbaycan qazı Türkiyəyə, oradan isə Avropaya nəql olunacaq.

Qeyd edək ki, 9 ikitərəfli müqavilə imzalanıb. Azərbaycan tərəfdən müqavilələri ARDNŞ prezidenti R.Abdullayev imzalayıb. Müqavilələr «Bulgargas», «DEPA», «Shell», «Gas Natural Fenosa», «EON», «Gaz de France», «Hera», «Enel» və «Axpo» şirkəti ilə imzalanıb.

R. Abdullayevin sözlərinə görə, müqavilələr 25 il müddətinə bağlanıb: "Bu müqavilələr gələcəkdə uzadıla da bilər".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri