Moskvaətrafı Marfino qəsəbəsində Azərbaycan vətəndaşları da daxil olmaqla 250-dən çox qeyri-leqal miqrant saxlanılıb
- 20.09.2013, 01:17,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın Moskvaətrafı Marfino qəsəbəsində polis 250-dən çox qeyri-leqal miqrant saxlayıb.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, miqrantlar bazar ərazisində quraşdırılmış 34 konteynerdə yaşayırmış.
Polisin məlumatına görə, reyd “Qeyr-leqal miqrant” əməliyyatı çərçivəsində Rusiya DİN-in Moskva vilayəti üzrə Baş İdarəsinin İqtisadi Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən OMON-un dəstəyi ilə keçirilib.
Məlumatda bildirilir ki, polis şöbələrinə 257 Azərbaycan, Özbəkistan və Tacikistandan vətəndaşları aparılıb. Hazırda qeyri-leqal miqrasiyanın təşkili faktı üzrə cinayət işinin qaldırılması məsələsinə baxılır.