Azərbaycanda sümük iliyi transplantasiyasının həyata keçiriləcəyi mərkəzin adı açıqlanıb
- 20.09.2013, 16:44,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycanda ilk dəfə olaraq həyata keçiriləcək sümük iliyinin transplantasiyası əməliyyatına hazırlıq görülür. Hazırlıq işləri yekunlaşandan sonra sümük iliyinin transplantasiyası Talassemiya Mərkəzində həyata keçiriləcək”.
Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov məlumat verib. O bildirib ki, hazırda əməliyyatın həyata keçirilməsi üçün lazımi avadanlıqların alınması, işlərin təşkili, mütəxəssislərin hazırlığı istiqamətində işlər gedir: “10 nəfər mütəxəssis bu sahədə lazımı biliklərə yiyələnmək üçün Türkiyədə təhsil almağa göndərilib. Bu kurslar həkimlərin mövcud sahədə mütəxəssis kimi yetişməsinə şərait yaradacaq”.