«Azercell» bu il 100 mln. dollardan artıq sərmayə yatıracaq

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkətinin hazırda ölkə ərazisində 483 baza stansiyası var. İlin sonuna qədər isə onların sayı 1 000-ə çatdırılacaq. Həmin stansiyalardan 250-si 4G xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulub. APA-nin məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında «Azercell Telekom»un məhsulun dəyəri şöbəsinin rəhbəri Qəhrəman Kazımov bildirib.

Mətbuat konfransı zamanı «Azercell Telecom» MMC-nin Müştəri xidmətləri Departamentinin rəisi Faiq Dadaşov isə şirkətin müştəri bazasının 4 mln.-dan artıq olduğunu deyib.

Həmçinin bildirilib ki, 2013-cü ildə indiyədək əldə olunan gəlir 460 mln. manat təşkil edib: «Şirkətin investisiya xərcləri isə ilin sonuna qədər 85 mln. manata çatacaq».
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri