Tbilisi zavodunda modernləşdirilmiş vaqonlar Bakı Metropoliteninə gətirilib
- 02.05.2013, 16:32,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Metropolitenində modernləşdirilmiş vaqonlar elektrik deposunda sınaqdan çıxarılır.
«APA-Economics»in metropolitenə istinadən verdiyi məlumata görə, ötən ilin sonunda əsaslı təmir və modernləşdirmə məqsədilə Tbilisi elektrik qatarlarının təmiri zavoduna göndərilmiş bir qatar tərkibini formalaşdıran 5 vaqon artıq «Nərimanov» elektrik deposuna gətirilib. Hazırda vaqonlarda son sazlama işləri aparılır və qatar depo yollarında sınaqdan çıxarılır.
Depo rəisinin təmir üzrə müavini Aydın Bəkirov sözlərinə görə, 25 ildən bəri istismarda olan bu vaqonların əsaslı təmirə ehtiyacı olub. Yeni texnologiyaların tətbiqi səbəbi ilə bir çox ehtiyat hissələrini tapmaq və ya onlara qulluq etmək də xeyli çətinləşib. Buna görə də vaqonların modernləşdirilməsi məsələsi irəli gəlib: «Yenilənmə zamanı əsas diqqət işçi hissələrə yönəldilib. Əsas dəyişiklik akkumulyator batareyaları və qidalanma bloku ilə bağlıdır. Bu sistemin əsas vəzifəsi sərnişin salonunu işıqlandırmaq və akkumulyator batareyalarını doldurmaqdır. Bununla yanaşı, modernləşdirilmiş vaqonlarda uğultuya bənzər kiçik səs-küy də aradan qaldırılıb. Sərnişinlərin hiss edəcəyi dəyişikliklər sırasında vaqonun yeniləşmiş xarici və daxili rəng boyasını, maşinist kabinəsindəki elektron istiqamət göstəricisini qeyd etmək olar. Ümumən salonun plastikası da əvvəlkindən tam fərqlənir».
A.Bəkirov qeyd edib ki, qapılar da əvvəlkindən fərqli olaraq daha etibarlıdır. Onun silindrləri modernləşdirilib, qapı asılqanında əvvəlki separator sisteminin əvəzinə, diyircəkli yastıqlar qoyulub.