İlhamə Röyanın briliyant hədiyyəsindən danışdı

Xalq artisti İlhamə Quliyeva sənətçi Röyanın Zamiqin konsertində ona hədiyyə etdiyi brilyant üzükdən bəhs edib. ANS-in verdiyi məlumata görə, primadonna yerli telekanallardan birində yayımlanan verlişdə verdiyi açıqlamasında, bu cür hədiyyələrlə onun sevgisini qazanmağın mümkün olmadığını qeyd edib:

“Mənə özünü hədiyyə ilə sevdirmək olmaz. Bu cür sürprizlərə öyrəşmişəm. Məni hörmətlə, layiqli münasibətlə təəccübləndirmək mümkündür. Röya mənə diqqət göstərir, hörmət edir. Bu da xoşuma gəlir, onu çox istəyirəm".

Qeyd edək ki,İlhamə xanım ötən günlərdə Röyanın ifasını çox bəyəndiyini və dinlədiyini bildirmişdi.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri