Şou-biznesdə yeni qalmaqal: müğənnilər efirdə bir-birini təhqir etdilər

Şou-biznesdə yeni qalmaqal: müğənnilər efirdə bir-birini təhqir etdilər "İkinci həyat" verilişinin dünən efirə gedən buraxılışında böyük şou-biznes qalmaqalı yaşanıb. ANS-in məlumatına görə, müğənnilər arasında qarşıdurma Mehrim və Cavanşirin verilişi yarımçıq tərk etməsi ilə nəticələnib.

Müğənni Mehrimin "Müğənni olmağa çalışmayın, müğənnilik elə də bir böyük şərəf deyil.", "Müğənnini qapıdan qovdun, pəncərədən düşməlidir", "Mən harasa gedəndə müğənni olduğumu deməyə utanıram, çünki müğənni xanımlar ..." və bu kimi fikirlərini səsləndirərək bu sənətdə olmasından utandığını dilə gətirməsi rezenansa səbəb olub.

Verilişdə qonaq olan digər sənətçilər Roza Zərgərli, Səidə Sultan, Günay İbrahimli, Günel Məhərrəmova, Ülvi Qılınc və tamaşaçıların reaksiyası çəkiliş zamanı insidentin yaranmasına səbəb olub. Jurnalistikadan müğənniliyə gələn Cavanşir Babəlioğlu və Mehrim qarşıdurmaya tab gətirməyərək verilişi yarımçıq tərk etməyə məcbur olublar.

Zümrüd Qasımovanın aparıcılığı ilə reallaşan "İkinci həyat" verilində yaşanan ən maraqlı anları bu kadrlarda izləyə bilərsiz:


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri