Somalinin “Əş-Şəbab” islamçı qruplaşması Nayrobidəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb
- 22.09.2013, 00:57,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Somalinin “Əş-Şəbab” islamçı qruplaşması Keniyanın paytaxtı Nayrobidəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın “Twitter”dəki açıqlamasında bildirilir.
Silahlılar 100-dək insanın qətlə yetirildiyini bildiriblər.
Qeyd edək ki, ötən gün Keniyanın paytaxtı Nayrobi şəhərində yerləşən iri ticarət mərkəzlərinin birində baş verən atışma zamanı həlak olanların sayı 30-a çatıb.
APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, yerli hüquq-mühafizə orqanları bu hadisənin terror aktı olduğunu bildirib. Şahidlər isə hadisəni törədən şəxslərin yerli dildə deyil, ərəb və ya Somali dilinə bənzəyən dildə danışdıqlarını vurğulayıblar.
Ticarət mərkəzinə hücum zamanı 7 nəfər girov götürülüb, binada olan bütün müsəlmanlar sərbəst buraxılıb. Hücum edən şəxslər avtomat silahdan və əl qumbaralarından istifadə edib.
Məlumata görə, hazırda polis hadisəni törədən şəxslərdən birini yaralayaraq saxlamağa, qalanlarını isə mərtəbələrin birində mühasirəyə almağa müvəffəq olub.