Azərbaycan və Dünya Bankı böyük dəmiryolu layihəsi üzrə saziş imzalayıb

Azərbaycan və Dünya Bankı böyük dəmiryolu layihəsi üzrə saziş imzalayıb Azərbaycan hökuməti və Dünya Bankı (DB) cümə günü ölkədə bank tərəfindən dəmiryolu layihəsinin (Rail Trade and Transport Facilitation Project) reallaşdırılmasına 200 milyon dollar həcmində əlavə vəsaitin ayrılması barədə saziş imzalayıblar.


Bu barədə Trend-ə DB-nin Bakı nümayəndəliyindən bildirilib.


Nümayəndəlikdən Trend-ə verilən məlumata görə, kredit sazişini Azərbaycanın maliyyə naziri Samir Şərifov və bankın nümayəndəliyinin rəhbəri Larisa Leşenko, layihə sazişini isə nəqliyyat naziri Ziya Məmmədov və DB nümayəndəliyinin rəhbəri Larisa Leşenko bildirib.


Xatırladaq ki, DB-nin İcraçı Direktorlar Şurası bu ilin iyun ayında əlavə maliyyənin ayrılmasını təsdiqləyib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri