Şamaxıda zəlzələ olub

Şamaxıda zəlzələ baş verib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ sentyabrın 22-də saat 20.45-də Şamaxıda Pirquludan 15 km qərbdə qeydə alınıb.

3.60 maqnitudada, 8 km dərinlikdə baş verən yeraltı təkan episentrdə və digər ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Tikililərdə dağıntılar yoxdur.
Şərhlər
Hadisə bölməsinin xəbərləri