Təhsil Nazirliyi ali məktəblərdə fakültələrin açılması və ya bağlanması məsələsinə aydınlıq gətirib
- 23.09.2013, 13:55,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Təhsil Nazirliyi ali təhsil ocaqlarında hansısa fakültələrin açılması və ya bağlanmasının necə müəyyənləşdirilməsi barədə suallara aydınlıq gətirib.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, tədris ilinin əvvəlində hər bir ali təhsil müəssisəsi tələbə qəbulu planı ilə bağlı öz təkliflərini nazirliyə təqdim edir: “Bu zaman ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yeni açılan və ya yenidən bərpa olunan hər bir ixtisas üzrə maddi-texniki baza, tədris-metodiki təminat, elmi-pedaqoji kadr potensialı, gələcəkdə bu ixtisaslar üzrə məzunlara tələbatın olması barədə məlumatlar təqdim olunur. Həmin məlumatlar Təhsil Nazirliyində təhlil olunur, lazım gəldikdə yerində dəqiqləşmələr aparılır, sonunda təkliflərə müvafiq komissiyada baxılır və qərar qəbul olunur. Qəbul olunmuş qərara və mövcud qaydalara əsasən, hər bir ali təhsil müəssisəsinə tələbə qəbulu ilə bağlı təkliflər növbəti ilin yanvar ayının 1-nə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunur. Bu səbəbdən, gələcəkdə hər hansı ali təhsil müəssisəsi tərəfindən «jurnalistika», «hüquqşünaslıq», «tibb» və s. ixtisaslar üzrə qəbul planının verilməsi ilə bağlı Təhsil Nazirliyinə təkliflər təqdim edilərsə və müasir tələblərə cavab verən maddi-texniki baza, tədris-metodiki təminat, yüksək ixtisaslı elmi-pedaqoji kadr potensialı olduğu halda həmin ixtisasa qəbul bərpa oluna bilər”.