Almaniyadakı seçkilərdə Angela Merkelin liderlik etdiyi partiyalar ittifaqı qələbə qazanıb
- 23.09.2013, 14:01,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi “Xristian Demokrat İttifaqı – Xristian Sosial İttifaqı” (CDU-CSU) bazar günü ölkədə keçirilən parlament seçkilərində açıq fərqlə qalib gəlib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, iqtidardakı CDU-CSU ittifaqının siyahısı 41,5%, birmandatlı dairələrdəki namizədləri isə 45,3% səs alıb.
CDU-CSU ittifaqının hazırkı hökumət ortağı – Azad Demokratlar Partiyası (FDP) 5 faizlik minimum baryeri aşa bilməyərək parlamentdən kənarda qalıb.
Müxalifətdəki Sosial Demokrat Partiyası (SPD) 25,7%, Sol Partiya (Die Linke) 8,6%, Yaşıllar 8,4% səs toplayıb.
A. Merkelin yeni hökuməti formalaşdırmaq üçün bir neçə səs ehtiyacı var.