Bakıda xarici şirkətin əməkdaşları döyülüb

Bakıda xarici şirkətin əməkdaşları döyülüb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Sərxoş vəziyyətdə olan bir qrup şəxslə əcnəbi vətəndaşlar arasında düşən davada, Böyük Britaniya vətəndaşı, 1973-cü il təvəllüdlü Lemon Hey, Şotlandiya vətəndaşı, 1982-ci il təvəllüdlü Stüard Sliton, Bakı şəhər sakinləri, 1986-cı il təvəllüdlü Kənan Əlləzov və 1985-ci il təvəllüdlü Natiq Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırmalar aparılır.

Polisdən həmçinin bildirilib ki, davada döyülən əcnəbilər Azərbaycanda neft sektorunda fəaliyyət göstərən şirkətin işçiləri olub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri