Aybəniz Haşımova əcnəbi müğənnilərlə Bakıda konsert verib

Aybəniz Haşımova əcnəbi müğənnilərlə Bakıda konsert verib Ötən gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında əməkdar artist Aybəniz Haşımova “12 MAY” şirkətinin sponsorluğu və təşkilatçılığı, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilati dəstəyi ilə “Dostluq körpüsü” layihəsi çərçivəsində konsert proqramı ilə çıxış etdi.

Live.az-ın xəbərinə görə, konsertdə sənətkar ilə yanaşı səhnəni qızı Aynişan Quliyeva, Tacikistan müğənnisi Təhminə Niyazova, Qazaxstan müğənnisi Alişir Karimov, Kuba müğənnisi Emiliya Morales, Türkiyə müğənnisi Oya Ergün, eləcə də əməkdar artist Səlim Abbasov, Əsgər İsmayılov, Vüqar Ağayev və “Bülbüllər” qrupu bölüşüblər. Konsertin aparıcısı teleaparıcı Saleh Bağırov olub.

Kimsəsiz uşaqlar üçün nəzərdə tutulan konsertin əsas tamaşaçları paytaxt qəsəbələrində yerləşən bir neçə internat evində məskunlaşmış kimsəsiz və fiziki qüsurlu uşaqlar idi. Konsertdə eləcə də millət vəkili Qənirə Paşayeva, "12 May" Şirkətinin rəhbəri Hacı Səbuhi Rəcəb, kinorejissor Eldar Quliyev, aktrisa Məlahət Abbasova və digər tanınmış ictimai-siyasi qonaqlar da iştirak edirdilər.

Açılışdan sonra aparıcı ilk ifa üçün səhnəyə Aybəniz Haşımova və rəhbəri olduğu "Bülbüllər" qrupunu dəvət etdi. Sonra Q. Paşayeva çıxış edərək dövlətimizin, eləcə də prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın kimsəsiz uşaqlara olan diqqət və qayğısından söz açdı. Millət vəkili çıxışından sonra əcnəbi və yerli sənətçilərə xatirə olaraq hədiyyələr təqdim etdi. Sonra "12 May" şirkətinin rəhbəri Hacı Səbuhi Rəcəb və şirkətin direktoru Pərviz Əzimov da çıxış edərək uşaqlara olan qayğının vacibliyindən söz açdılar və qonaq müğənnilərə təşəkkür etdilər.

Sənətçilərin çıxışları zamanı uçaqlar səhnəyə çıxaraq mahnı sədaları altında rəqs etdilər. Hər bir çıxış uşaqlar tərəfindən böyük sevinc və alqışlarla qarşılandı. Konsertdə maraqlı məqamlardan biri Səlim Abbasovun müşayiəti ilə Kuba müğənnisinin "Bessame Mucho" mahnısını ifa etməsi oldu. Qazaxıstan müğənnisi Səhnədə öz mahnıları ilə yanaşı Rəşid Behbudovun repertuarından da bir mahnı səsləndirdi. Tacikistan müğənnisi isə Almaniyada yaşayan Azərbaycan müğənnisi Seyran İsmayılxanovun onun üçün yazdığı "Bom-Bom" mahnısını ifa etdi. Konserti çıxışı ilə bağlayan Aybəniz Haşımova səhnədə uşaqları başına toplayaraq onlara "Lay-lay" oxudu. Sənətkar valideyin qayğısından məhrum olmuş uşaqlara "Mən sizin ananızam" deyərək, onları və digər tamaşaçıları öz ifası ilə kövrəltdi. Konsertin gedişatında təşkilatçılar tərəfindən tamaşaçı uşaqlara şirniyyatlar paylanıb.

Bu gün proqrama əsasən əcnəbi qonaqlar "12 May" Şirkəti və Aybəniz Haşımovanın təşəbbüsü ilə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Heydər Əliyev Mərkəzini, "Bülbül" adına Orta İxtisas Musiqi Məktəbini ziyarət ediblər. Hazırda qonaqların paytaxt ekskursiyası davam edir.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri