Azərbaycanda nağdsız ödənişlər üçün ƏDV ləğv oluna bilər

Azərbaycan Vergilər Nazirliyi ölkədə nağdsız ödəmələrin stimullaşdırılması üçün müvafiq təkliflərini Prezident Administrasiyasına təqdim edib.


APA-nın məlumatına görə, bu barədə məlumat verən vergilər naziri Fazil Məmmədov bildirib ki, stimullaşdırıcı təkliflər çoxsaylı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.



Nazirin sözlərinə görə, bu tədbirlər arasında nağdsız ödənişlər zamanı ƏDV-nin tam ləğvi məsələsi də var. Ümumilikdə, nazirin sözlərinə görə, təkliflərin 90%-i nağdsız ödənişlərin stimullaşdırılmasına və yalnız 10%-i nağd ödəmələrin məhdudlaşdırılmasına aiddir: «Təkliflər sırasında şəxsi hesabdan nağd vəsait çıxarılması üçün məhdudiyyətlər də var. Hazırda bu təkliflər müzakirə edilir».



F.Məmmədov bildirib ki, vergi növləri üzrə dərəcələrin aşağı salınması nəzərdə tutulmur: «Hesab edirəm ki, vergi dərəcələrinə bir qədər əvvəl edilən dəyişikliklər kifayətdir».

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri