Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb

Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində 100 və 21 saylı sərnişin avtobuslarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.


Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Onlar tərəfindən hadisə yerində zərərçəkən 3 şəxsə tibbi yardım göstərilib. Zərərçəkənlər Sabuncu rayonundakı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.


Xəstəxanadan isə Trend-ə bildiriblər ki, xəstələr müxtəlif dərəcəli travmalar alıb. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri