Türkiyəli müğənni Mustafa Ceceli Röya ilə birgə Bakını gəzib
- 23.09.2013, 21:23,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Məşhur türkiyəli müğənni Mustafa Ceceli Bakının görməli yerlərini gəzib. Trend-in məlumatına görə, sənətçi Bakıya valeh olduğunu gizlətməyib.
Live.az-ın verdiyi məlumata görə, Bakıda konsert proqramı ilə çıxış edəcək M. Ceceli azərbaycanlı müğənni Röya Ayxanın oxuduğu, sözləri Cəlal Qurbanov, musiqisi Ramala məxsus "Gizli sevgi" mahnısını da ifa edəcək.
Qeyd edək ki, M.Ceceli oktyabrın 11-də Heydər Əliyev Sarayında solo konserti ilə çıxış edəcək.
Xatırladaq ki, M.Ceceli sentyabrın 22-də Bakıdakı "Sərhədçi" Olimpiya İdman Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş kikboksinq üzrə beynəlxalq turnirdə də öz mahnılarını oxuyub.