Bakıda mənzildə yatıb qalmış 23 yaşlı qız xilas edilib
- 23.09.2013, 23:44,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalıb.
APA-nın verdiyi məlumata görə, dərhal FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər Azadlıq prospekti, 86 ünvanında yerləşən yaşayış binasının 2-ci mərtəbədən 3-cü mərtəbənin eyvanına qalxıb. Mənzilə baxış keçirilərkən 1990-cı il təvəllüdlü Əliyeva Ülkər Yavər qızı yatmış vəziyyətdə aşkar edilib.