Bakıya bir gecədə rekord həddə yağış yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, 2013-cü il sentyabr ayının 23-dən 24-nə keçən gecə soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində Bakı şəhərində güclü yagış yağıb, şimşək çaxıb. Bakı şəhərində yerləşən hidrometeoroloji stansiyaların məlumatına əsasən 4 saat ərzində düşən yağışın miqdarı 30-33 mm təşkil edib. Bu da aylıq normanın 174-192 faizidir.


Çoxillik meteoroloji məlumatlara əsasən Bakı şəhərində sentyabr ayı üçün yağıntının sutkalıq rekord göstəricisi 1980-ci ildə qeydə alınıb. 12 saat ərzində düşən yağışın miqdarı 46 mm olub.
Şərhlər
Sosial bölməsinin xəbərləri