Sumqayıt "Şəhər günü"nü qeyd edir
- 24.09.2013, 17:54,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Sumqayıtda ənənəvi “şəhər günü” qeyd olunur. ANS-in verdiyi məlumata görə, tədbirdə Azərbaycanın bölgələrindən dəvət olunmuş qonaqlar və musiqi kollektivləri də iştirak edirlər. Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov tədbirdirdə iştirak edib. O, Sumqayıt şəhərinin sakinlərini təbrik edərək bayram tədbrini açıq elan edib. Eldar Əzizov həmçinin Sumqayit şəhərinin rifahı üçün görülən işlərdən, yeni salınacaq parklardan, abadlıq işlərindən danışıb. İcra başçısı Sumqayıt şəhərinin 2 hissəyə bölünməsi məsələsinn aktual olaraq qaldığı və bu məsələnin yoluna qoyulacağını vurğulayıb.
Tədbirə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovla yanaşı Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları Komandanı, general-leytenant Elçin Quliyev, ARDNŞ-in “Azərkimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, millət vəkilləri Hacı Salayev, Leyla Abdullayeva, Pompey şəhərinin vitse-meri Emilio Sabonara, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Maliq İsaqov və ictimaiyyət nümayəndələri qatılıblar.
Bayram tədbiri qədim Corat kəndindən başlayaraq Bayraq meydanında təntənəli bayram keçidi ilə davam etdirilib. Tədbirdə hərbiçilərin keçidi, idmançıların motosikletçilərin, Rusiyanın Sank-Peterburq şəhərinin “Barabançı qızlarının” nümunəvi çıxışları, həmçinin qırıcı təyyarələrin möhtəşəm avia şousu nəzərdə tutulub.
Qeyd edək ki, bütöv bir günü əhatə edən “Şəhər günü” bayramı axşam saatlarında məşhur türk müğənnisi Rafet El Romanın konserti ilə davam edəcək və bayram tədbiri əsrarəngiz atəşfəşanlıqla yekunlaşacaq.