Qalmaqal yaradan Bagira danışdı [Video]

Qalmaqal yaradan Bagira danışdı [Video] “Hər kəsin həyatında səhvləri olur”.


Ölüm xəbəri yayılan müğənni Bagira üzə çıxıb.


Müğənni ANS TV-nin “Adam içində” verilişinə telefon vasitəsi ilə qoşulub.


O, 4 ildir İstanbulda yaşadığını bildirib:


“Mən ölməmişəm, sağ-salamatam. Ailə həyatı qurmuşam və 4 ildir İstanbulda yaşayıram. Hər kəsin həyatında səhvləri olur. Bir vaxtlar mən də həyatımda səhvlər etmişəm. Ancaq məni həyat yoldaşım o çirkabdan, yəni Azərbaycan şou-biznesindən çəkib çıxartdı”.


Xatırladaq ki, bir neçə gün əvvəl Bagiranın ölümü ilə bağlı xəbər yayılmışdı. Xəbərdə bildirilirdi ki, əsl adı Aynurə olan müğənni QİÇS xəstəliyinə tutulub və bu səbəbdən də vəfat edib.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri