Günay Musayeva modelyerə dəstək oldu [Foto]
- 24.09.2013, 19:00,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Məqsədim 1 milyon qaçqının səsini dünyaya eşitdirməkdir”.
Günay Musayeva güney azərbaycanlı modelyerə dəstək oldu.
Live.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Norveçdə yaşayan Güney azərbaycanlı modelyer Şervin Nəcəfpur İstanbulda azərbaycanlı model Günay Musayeva ilə birlikdə ilk moda kolleksiyasını təqdim edib.
“Avropalılara İstanbulu anlatmaq istədim, çəkilişlər həm açıq havada, həm də studiyada gerçəkləşdi”, - deyə modelyer yeni işindən bəhs edib.
Əslən Güney Azərbaycandan olan Şervin Nəcəfpurun məqsədi bütöv Azərbaycanı tanıtmaq, Güney Azərbaycanda yaşayan 35 milyon azərbaycanlının, eyni zamanda Qarabağdan didərgin düşən 1 milyon qaçqının səsini dünyaya eşitdirməkdir.