Tolikin yeni 90 minlik avtomobili

Tolikin yeni 90 minlik avtomobili Prodüser Tolikin yeni avtomobil alıb.


Yerli telekanallardan birində yayımlanan verlişdəki açıqlamasında “Porsche Panamera” markalı maşını almaqda ona bir xanımın maddi kömək etdiyini bildirib.


Həmin şəxsin adını sirr saxlayan Tolik onun müğənni Sevda Yahyayeva olmadığını vurğulayıb:


“Sevdanın ayağı mənə düşərli oldu. Avtomobilimi dəyişdim, qiyməti 90 min dollardır. Kreditdir, öz evim olduğu üçün, aylıq vermək çətin deyil. Pulun bir qismini tanınmış bir xanım mənə hədiyyə edib. Bu Sevda deyil, mediadan bir nəfərdir. Çalışıram gördüyüm işlərin müqabilində addım atım. Qoy, desinlər ki, Tolik buna deyər. İstəyirəm görsünlər ki, dilim varsa, dilçəyim də var”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri