"Baku Taxi Company" daha 1000 yeni avtomobil gətirəcək

"TX4" avtomobillərinin operatoru qismində çıxış edən "Baku Taxi Company" şirkəti bu ilin sonunadək "London Taxi" şirkəti ilə daha 1000 avtomobilin tədarükünə dair müqavilə imzalamağı planlaşdırır. Bu barədə Trend-ə çərşənbə günü "Baku Taxi Company"nin rəhbəri İlqar Qasımov bildirib.

Onun sözlərinə görə, şirkət yeni avtomobillərin alışı üzrə planlarını saxlamaqdadır və bu ilin sonunadək sifarişin yerinə yetirilməsi nəzərdə tutulur.

İ.Qasımov qeyd edib ki, avtomobillərin tədarük cədvəli müqavilədə müəyyənləşdiriləcək: "Paytaxtın taksiyə olan tələbatını təmin etmək üçün yeni avtomobillər Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına qədər idxal ediləcək".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri