Ölkəmizdə yarışmalardan birində iştirak edən əkiz bacılar bu dəfə Türkiyədə bir çox layihələrə imza atan Acun Ilıcalının apardığı "O Səs Türkiyə" proqramının ötən günkü buraxılışında Azərbaycanlı əkiz bacılar Sevil və Sevinc çıxış edib.
Live.az-ın Life.az istinadən verdiyi məlumata görə, Sevil və Sevinc bacıları oxuduqları mahnı ilə münsiflər heyətini heyran ediblər və hər kəs tərəfindən bəyəniliblər.
Münsif kürsüsündə əyləşən Ebru Gündəş, Murat Boz və Hadisə qızlar üstündə əsl rəqabətə giriblər.
Azərbaycanlı əkiz bacıların seçimi isə Ebru Gündəş olub.