Gəncədə 16 yaşlı yeniyetmə uşaq evindən qaçıb
- 25.09.2013, 18:33,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə yerləşən Uşaq Evində yaşayan yeniyetmə oranı tərk edərək bir daha geri qayıtmayıb.
Gəncə şəhər Uşaq Evindən APA-ya verilən məlumata görə, evin sakini, 1997-ci il təvəllüdlü Namiq Qasımov sentyabrın 22-də yaşadığı müəssisədən gedərək bir daha geri qayıtmayıb.
Məlumata görə, N.Qasımov bir ay əvvəl Kəpəz Rayon İcra Hakimiyyəti Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının məktubu əsasında evə yerləşdirilib.
Faktla bağlı Kəpəz Rayon Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.